“Karate idmanı üzrə də lisenziya qazanacağımıza ümid edirik”
Tarix: 08.09.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük qələbələr qazanıblar.
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə iştirak edən Azərbaycan yığması 1-i qızıl, 7-si gümüş, 10-u bürünc olmaqla 18 medal qazanaraq Vətənə rekord nəticə ilə qayıdıb. Bundan əlavə, 10 idmançımız beşinci yeri tutub. Finala yüksələn atletlərimizin hər biri çempion ola bilərdi. Olimpiadada 5-8-ci yerləri tutan idmançılara Beynəlxalq Olimpiya Komitəsi tərəfindən xüsusi nişan və diplomlar verilib. Ümumiyyətlə, ölkəmiz “Atlanta-1996”-dan başlayaraq Olimpiya Oyunlarına daha çox idmançı ilə qatılır və böyük uğurlar əldə edirlər”. Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə XV Yay Paralimpiya Oyunlarında da idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə inandığını deyib. Son illər respublikamızda çoxlu sayda mötəbər idman tədbirlərinin keçirildiyini vurğulayan MOK-un vitse-prezidenti bildirib ki, bu baxımdan Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz idman sahəsində çox yüksək nəticələr əldə edib: “Hazırda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilir. Azərbaycanda idmanın bu növünə böyük diqqət yetirilir. Bu il Bakıda Formula-1 Avropa Qran-prisi yüksək səviyyədə təşkil olundu. Ötən il Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Olimpiya Oyunlarının proqramına yeni daxil edilən karate növündə də lisenziya qazanacağımıza ümid edirik. İstərdik ki, növbəti Olimpiadada komanda idman növlərində də iştirak edək. Burada qadın voleybolu bizim üçün daha xarakterikdir”.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb
12.02.2019
Yurçeviç: Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var
12.02.2019
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info