Turizm üçün ideal məkan-Buduq kəndi
Tarix: 08.09.2016 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Qubanın ucqar dağ kəndləri arasında tarixi və yerləşdiyi coğrafi mövqeyinə görə bir sıra yaşayış məntəqələri xüsusilə seçilir. Böyük Qafqaz dağlarının yamacında, Qaraçayın sahilində yerləşən Buduq kəndi də belə ərazilərdəndir.
Turistlərin kəşf etmədiyi “dağlar qoynundakı ada”lardan daha biri - Buduq kəndi
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 64 kilometr məsafədə yerləşən Buduq kəndində “Şahdağ etnik qrupları”na aid edilən buduqlular yaşayır. Buduqluların özlərinə məxsus dilləri mövcuddur və kəndin sakinləri gündəlik ünsiyyət zamanı əsasən bu dildə danışırlar. Buduq etnik qrupunun tarixi və etnoqrafik tərəfdən araşdırılmasına ehtiyac var. Buduqluların mədəniyyətləri və dilləri qrızlılara çox yaxındır. Tarixi məlumatlara görə, Buduq kəndinin əsası hələ Qafqaz Albaniyası dövründə qoyulub.
Şahdağın ətəklərində qədim yaşayış məskəni
Meşəsiz dağlıq yamacda yerləşən Buduq kəndi yadellilərin qəfil basqınlarından qorunmaq üçün çətin keçilən, ucqar yerdə salınıb. Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim “Yeddilər” qalasının qalıqları bu günədək qorunub saxlanılıb. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan, əllə yonulmuş mağaralar qədim zamanlarda da burada yaşayışın olduğunu ehtimal etməyə əsas verir.
Buduq kəndində evlər yonulmuş daşdan tikilib. İkimərtəbəli, 2 otaqlı evlərin alt mərtəbəsindən adətən heyvan saxlanması üçün istifadə olunub. Yerli sakinlər bu gün də mərasimlərdə öz etnik adət-ənənələrinə sadiq qalırlar. Evlərin içərisi qədim xalça və palazlarla örtülüb.
Buduqa saxsı borularla süd kəməri çəkilib
Dağların qoynunda yerləşən qazmalardan Buduq kəndinə çəkilən süd boruları haqqında maraqlı faktlar mövcuddur. Yerli sakinlərin dediyinə görə, Buduq yaxın ərazidə ən böyük kəndlərdən biri olduğundan süd emalı da burada həyata keçirilirdi. Kəndin ətrafındakı yüksək ərazilərdəki fermalarda əldə olunan məhsulun Buduqa çatdırılması üçün təsərrüfatçılar saxsı borular vasitəsilə süd arxı çəkiblər. Süd isti havanın təsirindən xarab olmasın deyə, saxsı borular yerin 2 metr dərinliyi ilə aparılıb. Deyilənə görə, XX əsrin əvvəllərinə qədər kəndə süd ötürülən həmin saxsı boruların bir hissəsi indi də torpağn altında qalıb.
“Buduq” sözü qədim türk dilində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi (yaşayış məntəqəsinin adı) buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar.
Hazırda buduqlular daha çox Quba və Xaçmazın rayon mərkəzlərinə yaxın kəndlərində yaşayır
Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri mövcuddur. XX əsrin əvvəllərinə kimi Buduq kəndində 3 min nəfərə yaxın əhali yaşayıb. Müxtəlif dövrlərdə sosial-iqtisadi vəziyyətlə əlaqədar kəndin sakinlərinin böyük hissəsi Quba və Xaçmazın rayon mərkəzlərinə yaxın kəndlərinə köçüblər. Hazırda kənddə təxminən 200 nəfər əhali yaşayır.
Buduqlulara dair əldə olunan ilk tarixi məlumat XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət - təvarix” (“Tarixlərin toplusu”) əsərində verilib. Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607-ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır.
Qeyd edək ki, “Şahdağ etnik qrupları” özündə buduqlularla yanaşı xınalıqlıları, qrızlıları, haputluları, ceklilərı, əliklilərı və yergüclülərı birləşdirir.
Məqalədə təqdim olunan şəkillər Vüqar Əliyevə məxsusdur.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info