Kürdəmirli fermerlər pambıq yığımına başlayıblar
Tarix: 08.09.2016 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda pambıq yığımı kampaniyasına başlanılıb.
Rayon icra hakimiyyətindən bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq cari ildən artıq unudulmaqda olan bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu mövsümdə rayonda 1911 hektar sahədə pambıq yetişdirilib. Artıq bir neçə gündür ki, məhsul yığımı kampaniyasına start verilib. Pambıq yığımına ilk günlərdə 100 nəfərədək işçi qüvvəsi cəlb olunub. Məhsul yığımına Qarasu, Şilyan, Köhünlü və bir sıra digər ərazi vahidlərində daha mütəşəkkil başlanılıb.
Rayonda bir neçə gündə 16 ton məhsul toplanılıb. Fermerlər yığılan məhsulu qabaqcadan bağlanan müqaviləyə əsasən MKT MMC-nin Saatlı filialına satırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info