Muxtar respublikada tibbi xidmətin əhatə dairəsi daha da genişlənib
Tarix: 08.09.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Naxçıvanda ötən ay 50-55 yaşlı əhalinin 4 min 209 nəfəri müayinə olunub, 262 nəfər dispanser qeydiyyata götürülüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublika Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini ötən ay da davam etdirib. Nəticədə avqust ayında muxtar respublikada tibbi xidmətin əhatə dairəsi daha da genişlənib.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində avqust ayında Şahbuz rayonunun Kiçikoba kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Bu dövrdə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 5 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 5 nəfərdə açıq ürək əməliyyatı, 16 nəfərdə müayinələr aparıb. Bakı şəhərində tibbi fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənov Naxçıvan Muxtar Respublika Xəstəxanasında endokrinoloji xəstəliyi olan 60 nəfərdə müayinələr və müalicələr aparıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkimləri tərəfindən mədəniyyət işçiləri arasında 22 qadında süd vəzinin müayinəsi həyata keçirilib, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət edilib.
Müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunan həkim briqadalarının yerlərə gedişi qrafik əsasında tənzimlənib, müayinələrin kütləviliyinə nail olunub. Ordubad, Şahbuz və Culfa rayonlarının ərazisindəki obalarda heyvandarlar və onların ailələrinin kütləvi tibbi müayinəsi aparılıb. Obalarda 168 nəfər tibbi müayinələrdən keçirilib.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ay ərzində 15 nəfəri Bakı şəhər Şağan qəsəbəsində fəaliyyət göstərən Əlillərin Müalicə Pansionatına, 39 nəfəri Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Müharibə və Əmək Veteranları Pansionatına, 33 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info