Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı artıb
Tarix: 08.09.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Cari ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki iyul ayına nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz artaraq 164 981-ə çatıb.
Bu ilin yanvar-avqust aylarında isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə həmin sistemdən 5,8 faiz çox, yəni 1 369 124 dəfə istifadə edilib.
Ölkəmizin Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan bildirişlərin informasiya sistemində qeydiyyata alınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Avqust ayında sistemə müraciətlərin 153 103-ü məhz həmin e-xidmətə aid olub. Sistemə müraciətlərin digər qismi (11 878 müraciət) isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib. Bu e-xidmət isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.
2014-cü ilin iyul ayından respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar əhaliyə təqdim olunan hər iki e-xidmətdən cari ilin 01 sentyabr tarixinə qədər 5 878 228 dəfə istifadə qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı
18.06.2019
Penitensiar xidmətin və Tibb baş idarəsinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
18.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları artırılıd
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info