“Azərbaycan xalqının qonaqpərvərliyini heç vaxt unutmayacağam”
Tarix: 08.09.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Sentyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfirin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki qardaş və qonşu ölkə arasında münasibətlərin son illər daha da inkişaf etdiyi bildirilib. A.Paşazadə səfir Möhsün Pakayinin bu sahədə xidmətlərini xüsusi qeyd edib.İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu yaxınlarda ölkəmizdə rəsmi səfərdə olmasını, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünü, ikitərəfli sənədlər imzalamasını xatırladan QMİ sədri belə səfərlərin əlaqələrimizin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. O, təcrübəli diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.Möhsün Pakayin Azərbaycanda diplomatik fəaliyyətindən məmnunluq duyduğunu, xalqımızın qonaqpərvərliyini heç vaxt unutmayacağını deyib.
Görüşdə İran İslam Respublikasının Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info