“European Tobacco-Baku” zaqatalalı tütünçülərlə əməkdaşlığa maraq göstərir
Tarix: 08.09.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Tütünçülüyün inkişaf perspektivləri ilə bağlı məsələlər Zaqatala Rayon İcra Hakimiyyəti və “European Tobacco-Baku” ASC təmsilçilərinin birgə təşəbbüsü ilə keçirilən tədbirin əsas müzakirə mövzusu olub.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Zaqatalada fəaliyyət göstərən iri tütün istehsalçıları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, kənd təsərrüfatı sahəsində xidmət göstərən müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, son dövrlər Zaqatala rayonunda da ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
“European Tobacco-Baku” ASC-nin baş meneceri Pyer Krozer və şirkətin tütünçülük üzrə mütəxəssisi Hicran Abdulqadir İzzət çıxış edərək, rayonda fəaliyyət göstərən iri tütün istehsalçıları ilə əməkdaşlığın yaranmasında maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, şirkət uzun illərdir Azərbaycanda tütün məmulatlarının istehsalı ilə məşğul olur.
İşgüzar şəraitdə keçən görüşdə şirkətin təmsilçiləri istehsalçılardan quru tütünün alınması, məhsulun keyfiyyəti, satış qiyməti və digər məsələlərlə bağlı fermerləri maraqlandıran sualları cavablandırıb, təkliflərini bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info