Bu il az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dək körpə Bakıya gətirilib
Tarix: 08.09.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar ayından indiyədək 300 min ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müraciət edənlərdən 25 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37 mindən, xəstəxanalara yerləşdirilənlərin sayı isə 5 mindən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 480, hospitalizasiya 465-ə yaxın, insultla müraciətlərin sayı 1500, hospitalizasiya 1400; doğuşla bağlı müraciətlərin sayı 1600, hospitalizasiya 1590; avtoqəza zamanı xəsarət alanların sayı 900 hospitalizasiya 800-dən artıq, xəstəxanadan kənar doğuşların sayı 30 olub ki, onların da hamısı hospitalizasiya edilib.
Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.
Qeyd olunur ki, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib. İşin səmərəliliyini yüksəltmək məqsədi ilə yeni çağırış vərəqi forması hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub. Bu formanın gələcəkdə planşetlərə də yüklənməsi nəzərdə tutulub. Bu məqsədlə 138 ədəd çoxfunksiyalı müasir planşetlər alınıb və yeni proqram hazır olduqdan sonra planşetlərə yazılıb həkimlərin istifadəsinə veriləcək. 103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Əməliyyat və hospital işlərin təşkili və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zənglər olunaraq onlara göstərilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır. Bölmələrin hamısına internet xətti çəkilərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info