“Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk“
Tarix: 08.09.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Rusiya paralimpiyaçılarından alınmış lisenziyalardan imtina etməsini şərh edib. Rusiya XİN rəsmisi bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfinə bu addımı atdığına görə təşəkkürünü bildirib: "Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı anlayırlar. Ona görə də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk".
 
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir
24.05.2019
“Ərdoğanın Aİ-yə ehtiyacı yox, Aİ-nin Ərdoğana ehtiyacı var“
24.05.2019
Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb
24.05.2019
Con Bolton Şinzo Abe ilə görüşəcək
24.05.2019
ABŞ Senatının Komitəsi 750 milyardlıq müdafiə büdcəsini razılaşdırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info