E.Ağayev: “Xəstə ayağın yerinə sağlam ayağın kəsilməsi səhlənkarlıqdan irəli gəlib”
Tarix: 08.09.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Azərbaycanın səhiyyə müəssisələrində qeydə alınan neqativ hallar, cərrahiyyə əməliyyatlarında səhv addımların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, belə halların heç biri diqqətsiz qalmır: “Həkim və hüquqşünas ən az səhv etməli olan peşə sahibləridir. Amma son nəticədə həkim də insandır. Düşünürəm ki, buraxılmış səhvlər həkim səhvindən çox, səhlənkarlıqdır. Məsələn, xəstə ayağın yerinə sağlam ayağın kəsilməsi səhlənkarlıqdan, dalğınlıqdan irəli gəlib. Bu, sırf həkim səhvi deyil. Belə hallara yol verən həkimlər işdən azad olunub, hətta gücümüz çatmadıqda insanların özlərinə deyirik ki, hüquqi qiymətin verilməsi üçün məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Belə hallarda cinayət işi açılır və hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılır. İstər ana ölümü olsun, istərsə də məhdud sayda neqativ hallarda məsələlər araşdırılır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info