Təcili yardıma zəng edən şəxsin yeri həmin an dəqiq təyin ediləcək
Tarix: 08.09.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Yeni naviqasiya sistemi nəzərdə tutulub ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub. Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. Səhiyyə Nazirliyi tərəfindən hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info