Möhsün Pakayin Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb
Tarix: 08.09.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb.
 
Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov səfirə fəaliyyəti dövründə ölkə mediası ilə sıx əməkdaşlığına görə təşəkkür edib.
 
Sədr bildirib ki, İran və Azərbaycan media orqanlarının qarşılıqlı əməkdaşlığı, səfərlərin təşkil olunması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib.
 
Daha sonra Ə. Amaşov səfirə Azərbaycandakı xidmətlərinə və media ilə əməkdaşlığına görə Mətbuat Şurasının xüsusi Diplomunu təqdim edib.
 
Səfir Möhsün Pakayin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etməsinə xidmət etdiyini, o cümlədən media ilə əlaqələrin qurulmasında yeni mərhələ başladığını deyib. O, Azərbaycan və İran jurnalistlərinin 10-dan çox qarşılıqlı səfərinin təşkil edildiyini, bu müddət ərzində daim media ilə əlaqələrə və müzakirələrə önəm verildiyini bildirib. Səfir həmçinin Azərtac, APA, Trend agentliklərinin İranda, eyni zamanda bir neçə İran KİV-nin Azərbaycanda bürosunun fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, yeni səfir də İran və Azərbaycan arasında əlaqələrin inkişafında medianın roluna xüsusi diqqət edəcək.
 
Tədbirdə həmçinin "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, "Paralel" qəzetinin rəhbəri Tapdıq Abbas, professor Cahangir Məmmədli və başqaları çıxış edərək səfirə gələcək fəaliyyətində uğurlar arzu ediblər. Çıxışçılar iki ölkə mediası arasında münasibətlərin intensivləşməsinin tərəfdarı olduqlarını bildiriblər.
 
Qeyd edək ki, səfir Möhsün Pakayin bu ayın 22-də Azərbaycanı tərk edəcək.
 
Onu yeni səfir Cavad Cahangirzadə əvəzləyəcək. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info