Bakı sakinləri ən son xəbərləri hardan alırlar?
Tarix: 08.09.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


“ACT Azərbaycan” 8-12 avqust tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir. “ACT Azərbaycan” bu barədə “Facebook”səhifəsində məlumat yayıb. Sorğuda iştirak etmiş respondentlərin böyük əksəriyyəti sosial mövzuda olan xəbərləri oxuduqlarını açıqlayıblar (61,7%). Populyarlığına görə siyasi xəbərlər ikinci pillədə (48,2%) qərarlaşıb. Üçüncü yeri hava buraxılışı tutub (37%). Biznes və iqtisadiyyat (34,4%) dördüncü, idman (30,4%) beşinci, kriminal xəbərlər (29%) isə altıncı pillədə yer alıb.
Ən az diqqət çəkən xəbərlər isə mətbəx (0,2%), heyvanlar aləmi (0,3%), dəb (0,3%), hərbi vətənpərvərlik (0,7%) və texnologiya xəbərləri olub (1%). Xəbər alarkən yerli telekanallara üstünlük verənlər sorğuda 78% təşkil edib. Respondentlər ən çox “Azad Azərbaycan” (ATV) kanalını izlədiklərini bildiriblər (34%). İkinci sırada “Xəzər” TV (15%), üçüncü yerdə isə AzTV (6,3%) qərarlaşıb.
Ən son xəbərləri radioda dinləyənlər isə 0,5% olub. Radiodinləyicilər 106 FM (26,8%), 106,3 (13%) və Burc FM-i (7,7%) dinlədiklərini bildiriblər.
11,4% respondent üçün yerli saytlar etibarlı xəbər mənbəyi olub. Ən oxunaqlı saytların siyahısına Oxu.Az liderlik edib (14,8%). İkinci yerdə 11,3% səslə Milli.Az saytı qərarlaşıb. Üçlüyü 5,85% səslə Day.Az saytı tamamlayıb.
Sosial mediadan xəbər alanlar isə 26% təşkil edib.
Rəyi soruşulan Bakı sakinləri xarici media qurumlarından, əsasən, Türkiyə kanallarını izləyirlər (66,5%). Daha sonrakı pillədə 27,5% göstərici ilə Rusiya kanalları qərarlaşıb. Qərb mediası 5% səslə üçlüyü tamamlayır.
Paytaxt sakinləri əcnəbi xəbər saytlarından Bbc.com (22,2%), Euronews.com (16,4%) və Ria.ru-nu (2,5%) oxumağa üstünlük verirlər.
Sorğu 8-12 avqust tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info