Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər
Tarix: 08.09.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti avqust ayında Türkiyə Respublikası Ərzurum Atatürk Universitetinin xəstəxanasında təcrübə kursu keçib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində 4 həkim və 20 tələbədən ibarət heyət Atatürk Universitetinin araşdırma xəstəxanasının endokrinoloji, ginekoloji, dəri-zöhrəvi, genetika, cərrahi, pediatriya, təcili tibbi yardım üzrə bölmələrində olub.
Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak ediblər. Onlar plastik və qeysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər.
Sağlıq bilimləri fakültəsinin dekanlığı tərəfindən həkimlərə və tələbələrə sertifikat verilib. Heyət kursu başa vuraraq Naxçıvana qayıdıb.
Qeyd edək ki, Naxçıvan Tibb Kollecində mamalıq işi, müalicə işi, tibb bacısının işi, əczaçılıq işi, ortopedik stomatologiya olmaqla, 27 qrupda orta ixtisaslı kadrlar hazırlanır. Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktiki vərdişlərə yiyələnirlər.
Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompyuter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info