İsa Həbibbəylinin Özbəkistanda məqaləsi dərc olunub
Tarix: 08.09.2016 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Özbəkistan Respublikasında çıxan “Kitab dünyası” qəzetinin 27 iyul 2016-cı il tarixli nömrəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” adlı məqaləsi çap olunmuşdur. Qəzetin 1 və 2-ci səhifələrində “Ədəbiyyat dostluğu - əbədi dostluq” rubrikası ilə çap etdiyi bu geniş həcmli məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi ənənələrindən, böyük örnəklərindən geniş bəhs edilir. Eyni zamanda, məqalə müəllifi Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin ədəbiyyatlarımız arasındakı əlaqələrimizin inkişaf yolunun, ayrı-ayrı görkəmli ədəbi şəxsiyyətlərinin araşdırılıb öyrənilməsi, Azərbaycanda çap edilib yayılması sahəsindəki səmərəli fəaliyyətindən də söz açır. Məqalədə həmçinin Almaz Ülvinin Nizami adına Ədəbiyyat İnstitutunun 2016-cı ildə nəşr etdirdiyi “Özbək ədəbiyyatı” da qardaş ölkənin ədəbi-elmi ictimaiyyətinə və oxucularına təqdim olunur.
Məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin çoxəsrlik əlaqələri olduğu kimi, müstəqillik illərində yeni və geniş imkanlar qazandığı və yeni tarixi mərhələdə daha sanballı tədqiqat əsərlərinin yazılmasına ciddi ehtiyac olduğu nəzərə çarpdırılır.
Akademik İsa Həbibbəylinin “Kitab dünyası” qəzetinin birinci və ikinci səhifələrində çap olunan “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” məqaləsini özbək dilinə Obid Şofiyev tərcümə etmişdir.
Çap edilən məqalə Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin müasir dövrdəki əhəmiyyətli bir göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info