Bərdədə hərbi cərrahiyyə ilə bağlı seminar təşkil edilib
Tarix: 08.09.2016 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə sentyabrın 6-dan 8-dək Bərdə Müalicə Diaqnostika Mərkəzində hərbi cərrahiyyəyə dair seminar təşkil edib.
Nümayəndəlikdən bildirilib ki, tədbirdə Azərbaycanın mülki və hərbi hospitallarından 40-a yaxın mütəxəssis təqdimat və müzakirələr vasitəsilə hərbi cərrahiyyədə anesteziya, infeksiyaların nəzarətdə saxlanması və fövqəladə hallar zamanı xəstə axınının idarə olunması ilə bağlı biliklər əldə ediblər.
Seminar BQXK-nın cərrahları Martin Herrmann (Almaniya) və Marko Pinna Pintor (İtaliya) tərəfindən keçirilib. BQXK-nın dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalarında müharibə zamanı yaralanmış xəstələrin müalicəsində və yerli həkimlərə seminarlar keçirilməsində hər iki cərrahın çoxillik təcrübəsi var.
BQXK-nın Bərdə ofisinin rəhbəri Cihad Nabhan təmsil olunduğu qurumun 1989-cu ildən münaqişələrin təsir etdiyi ərazilərdə hərbi cərrahiyyə ilə bağlı seminarlar keçirdiyini bildirərək deyib: ”Məqsədimiz öyrənmə və təcrübə mübadiləsi vasitəsilə xəsarət almış hər bir xəstənin düzgün müalicə edilməsində tibbi personalın bacarıqlarının artırılmasına nail olmaqdır. Bu, bizim üçün də bilik və təcrübəmizi artırmaq imkanı yaradır.”
Seminar Azərbaycanda ilk dəfə təşkil olunur.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info