“Ermənistan dünyada heç bir dövlət və şirkət üçün maraq kəsb etmir”
Tarix: 09.09.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Raffi Mxçyan: “Son olaylardan sonra, hər hansı xarici donor təşkilat və ya sahibkarın Ermənistana investisiya yatırması mümkün deyil”

Hələ bir müddət əvvəl Ermənistanın ixrac həcminin sürətlə azalması və bu azalmaya görə çıxış yolunu Avrasiya İqtisadi Birliyinə daxil olmaqda görənlərə etirazını bildirən Ermənistan İxracatçılar Birliyinin sədri Raffi Mxçyan “Birinci informasiya” saytına verdiyi açıqlamada nə qədər haqlı olduğunu əsaslandırmağa çalışıb.
Onun fikrincə, ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzv olması ölkədə absurd bir vəziyyət yaradıb. Mxçyan Rusiyadakı iqtisadi böhrana görə Avrasiya İqtisadi Birliyi bazarından yararlanmağa heç bir imkanı olmayan Ermənistan üçün ən yaxşı çıxış yolunun yeni bazar axtarmaq olduğunu qeyd edib: “Son illərdə Ermənistanda investisiyaların həcmində əhəmiyyətli dərəcədə azalma baş verir. Ölkədə baş verən son hadisələr isə bu yavaşlamaya son nöqtəni qoydu. Ermənistandakı son olaylardan sonra, hər hansı xarici donor təşkilat və ya sahibkarın bu ölkəyə investisiya yatırması mümkün deyil. Ermənistanda görünən və görünməz ciddi problemlərin mövcud olduğunu deyən Mxçyan, vaxtilə “Sasna Tsrer”in əməllərinə haqq qazandıran, bu qrupla həmrəylik nümayiş etdirənlərin sonradan həmin qrupdan zərbə aldıqlarını xatırladıb: “Unutmaq lazım deyil ki, bizim hazırkı problemlərimiz daha ciddi məcraya yönəlməkdədir. Hazırda Ermənistan dünya bazarında heç bir dövlət, heç bir şirkət üçün maraq kəsb etmir. Bütün bunlar ölkə rəhbərliyinin uğursuz siyasətinin nəticəsidir”. Mxçyanın fikrincə, Avrasiya İqtisadi Birliyinə daxil olmaq Ermənistanda absurd vəziyyətin yaranmasına əsas verib: “Bu gün bizim ən böyük problemimiz ixracla bağlıdır. İxracın Avrasiya İqtisadi Birliyi vasitəsilə necə həyata keçiriləcəyi, hələ də mənim üçün müəmma olaraq qalır. Axı, bizi bu təşkilata üzv olan ölkələrlə heç bir sərhəd bağlamır. Dövlət rəhbərliyi, ilk olaraq bunu düşünməlidir. Lakin onlar həmişə olduğu kimi, boş vədlər verməklə məşğuldurlar”. Ermənistanın Rusiyadan asılı olduğunu etiraf edən ixracatçılar birliyinin sədri bununla belə, ölkə rəhbərliyinə dünya bazarına çıxmaq üçün alternativ yollar axtarmağı məsləhət görüb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info