İnnovativ qurğu orqanizmdə piyin miqdarını izləyəcək
Tarix: 09.09.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Yeni sensorlu “TomTom” fitnes-trekeri istifadəçinin sağlamlığını izləməklə piy və əzələ kütləsinin faizini ölçəcək, eləcə də ürəyin aktivliyinin və döyüntüsünün statistikasını aparacaq.
Yeni qurğunu istifadəyə verən “TomTom” şirkəti insan bədəninin tərkibinin analiz prosedurunu sadələşdirməklə analiz üçün bütün lazımi sistemləri insanın biləyinə keçirməyi planlaşdırır. Şirkət nümayəndələrinin sözlərinə görə, piyin miqdarı və əzələ kütləsinin faizi barədə məlumat vaxt ötdükcə istifadəçidə hansı fəaliyyət və ya pəhriz növünün onun sağlamlığına təsir göstərməsi haqqında təsəvvür yarada bilər.
Lazımi ölçmələr aparmaq üçün "TomTom Touch” adlanan sensorlu fitnes-treker istifadəçinin bədəni ilə zəif cərəyan buraxacaq. Piyin miqdarı və əzələ kütləsi barədə ətraflı məlumat cərəyanın bədəndən keçmə müddəti və hansı maneələrlə qarşılaşması əsasında hesablanacaq.
Bundan başqa, yeni qurğu bütün müasir funksiyalara malikdir. Onlar arasında istifadəçinin aktivliyinin ölçülməsi, sərf olunan kalorinin miqdarı, eləcə də qət edilən məsafənin və yuxu vaxtının hesablanması funksiyaları yer alıb.
“TomTom Touch”ın bütün imkanları smartfonlar üçün “TomTom MySports” əlavəsi ilə tamamlanacaq. Əlavədə istifadəçi qurğudan istifadə üzrə ətraflı statistika ilə tanış ola, eləcə də günün rejimi, qidalanma və idman aktivliyi ilə əlaqədar faydalı məsləhətlər ala biləcək. Həmçinin qurğunun sensorlu ekranı smartfondan daxil olan zəngləri qəbul etməyə və bildirişlərə baxmağa imkan verir.
Şirkət qiyməti 130 dollar təşkil edəcək yeni qurğunu oktyabrda satışa çıxarmağı planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Nə qədər istəyirsən ye, kökəltmir - XURMA
27.05.2019
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
25.05.2019
Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub
24.05.2019
Gözlərimizin nurunu alan qidalar
24.05.2019
Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info