Tovuzda vətəndaşlar sentyabrın 26-dək şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqlar
Tarix: 09.09.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində Tovuz Rayon Polis Şöbəsi qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Belə ki, qarşıdan gələn referendumda hər bir vətəndaşın iştirakını təmin etmək üçün səsvermə hüququ olan sakinlərə vəsiqələr vaxtında verilməli, vaxtı keçmiş, itirilmiş vəsiqələr isə yeniləri ilə əvəz olunmalıdır.
Rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Kamil Quliyev AZƏRTAC-a bildirib ki, bu məqsədlə həftənin şənbə və bazar günləri əvvəlcədən hazırlanmış qrafik əsasında kəndlərdə səyyar iş aparılır, əhalinin vaxt itkisinə yol verməsinin qarşısı alınır. İndiyəcən 33 kənddə bu cür tədbirlər həyata keçirilib.
İlin əvvəlindən indiyədək 45600 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Referendum ərəfəsində vətəndaşların da fəallığı artıb, bölməyə edilən müraciətlərin sayı çoxalıb. Müraciət edən hər bir şəxs sentyabrın 26-dək şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info