Xətai rayonu ərazisindəki Cavanşir küçəsi təmir olunur 
Tarix: 09.09.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Paytaxtın Xətai rayonu ərazisindəki Cavanşir küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri görülür. Sözügedən küçənin uzunluğu 1300 metr, eni isə 12,5 metrdir.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.
Hazırda küçə boyu 2500 poqonmetr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri həyata keçirilir.
Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 18 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.
Təmir işləri zamanı zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsinə başlanılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
22.02.2019
Bank Xaçmaz filialına işçi axtarır
22.02.2019
Ölkədə ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
22.02.2019
Mehriban Əliyeva Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info