“Türkiyə ilə Rusiya arasındakı gərginliyin azalmasından məmnunuq”
Tarix: 09.09.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
 
“Hürriyet”in verdiyi xəbərə görə, 15 iyul hərbi çevriliş cəhdindən sonra ilk dəfə Türkiyəyə səfər edən Y. Stoltenberq bu cəhdi qınayıb və Türkiyəyə çoxsaylı ölümlərlə əlaqədar başsağlığı verib. O, çevriliş zamanı türk xalqının göstərdiyi cəsarətə sayğısını ifadə edib: “Üzv ölkələrimizin hər hansı birində demokratiyanı hədəf alan hər cür hücum ittifaqımızın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”.
 
Y. Stoltenberq Ankarada baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşıq ilə də görüşlər keçirəcək.
 
Baş katib “CNN Türk” telekanalına açıqlamasında Türkiyənin NATO-ya,NATO-nun isə Türkiyəyə ehtiyacı olduğunu bildirib. O, çevriliş cəhdindən sonra da Türkiyənin NATO qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam etdiyini söyləyib. Y. Stoltenberq Türkiyənin “İŞİD”ə qarşı mübarizəsindən və Türkiyə ilə Rusiya arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.  
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info