Ə.Qarayev: “Prezidentin sərəncamı ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək”
Tarix: 09.09.2016 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, toplantıda Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunub.
Sərəncamın əhəmiyyətini diqqətə çatdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.
Əbülfəs Qarayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb.
Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının (“shopping festival”) keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib. Nazir deyib: “Bu Sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tuturuq”.
Nazir vurğulayıb ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir. Həmçinin Azərbaycana xarici turistlərin cəlb olunması üçün təbliğat işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Ölkəmizdə tətbiq olunan “Tax free” sisteminin əhəmiyyətinə toxunan Əbülfəs Qarayev bildirib ki, bu sistemə qoşulan ticarət obyektlərinin sayının artırılması təmin olunacaq. Ticarət festivallarının (“shopping festival”) keçirilməsi istiqamətində görüləcək işlərlə əlaqədar olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər.

Həmçinin ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 27-si - Dünya Turizm Günü bu ildən etibarən Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info