Bakı Metropoliteni qış qrafikinə keçir
Tarix: 09.09.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Bakı Metropolitenində sentyabrın 15-dən etibarən qış qrafikinin tətbiqinə başlanılacaq. 
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiriləcək. 
Yeni qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkətin sıx olduğu saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov” stansiyasından “28 May” stansiyası daxil olmaqla hər iki istiqamətdə interval hərəkətin çox olduğu saatlarda 2 dəqiqəyə endiriləcək.
 
Qeyd edək ki, hərəkətin sıx olduğu vaxt səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu zaman xətlərin “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-sıx saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info