Əli Əhmədov: “İcbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatlar həyata keçirilməlidir“
Tarix: 09.09.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baş nazirinin müavini Əli Əhmədovun iştirakı ilə icbari tibbi sıgortanın tətbiqinə dair məsələlər geniş müzakirə edilib.
Nazirlər Kabinetinin məlumatına görə, ötən müddət ərzində görülən işlər barədə ətraflı məlumat verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar intensiv dəyərləndirmələrin aparıldığını və zəruri normativ sənədlərin hazırlanması üzərində iş getdiyini bildirib. Əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadənin asanlaşdırılması məqsədilə  işlərə başlandığını deyən Zaur Əliyev həmçinin pilot layihənin tətbiq ediləcəyi ərazilərin müəyyənləşdirilərək müvafiq araşdırmaların aparıldığını, zəruri statistik məlumatların təhlil  olunduğunu, eyni zamanda müəyyən edilən ərazilərdə əhali qruplarının aydınlaşdırılması, maliyyə vəsaitlərinin təhlili və İKT infrastrukturunun qurulması istiqamətində görülən işlər barədə də məlumat verib.
Keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən olduğunu vurğulayan Ə. Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qarşıda çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyini qeyd edib. Bu sahəyə ayrılan dövlət vəsaitinin ünvanlı və daha səmərəli xərclənməsinin vacibliyini nəzərə çatdıran Ə. Əhmədov sonda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info