“Bu dəyişikliklər vətəndaşın daha yaxşı yaşamasına yönəlib”
Tarix: 09.09.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Konstitusiyaya əlavə və dəyişikliklər dövlət quruculuğu prosesində yeni bir şey deyildir. İndiyədək dünyanın bir çox ölkələrində - ABŞ, Fransa, Türkiyə, Rusiya, İran və başqalarında dəfələrlə konsitusiyalar qəbul edilib, bir neçə dəfə də onlara dəyişikliklər və əlavələr olunub. Ölkəmizdə də Konstitusiyamıza edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl ölkə həyatı, dövlət idarəçiliyi donuq bir şey deyildir, ehkam deyildir, daim inkişaf edir. Ona görə də Konstitusiya, qanunlar ölkənin inkişafından geri qalmamalıdır. Əgər qanunlar ölkənin inkişafından geri qalırsa, o zaman həm dövlət idarəçiliyində, həm də digər sahələrdə problemlər yarana bilər. Deməli, Ana Qanunumuzda edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər ilk növbədə ölkəmizin inkişafından doğur, zəruridir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
Millət vəkilinin sözlərinə görə, referenduma çıxarılan əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha çevik edilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını mülkiyyət hüququnun daha möhkəm şəkildə mühafizə edilməsini və ölkənin inkişafını nəzərdə tutur: "Biz əlavə və dərişikliklərin hər birinə nəzər salsaq, görərik ki, onlar dövlət idarəçiliyinin daha çevik, səmərəli edilməsini və Azərbaycan vətəndaşının sabit, davamlı və rifah halında yaşamasını nəzərdə tutur. Ona görə də hesab edirəm ki, referendumda iştirak edənlər əlavə və dəyişikliklərə səs verəcəklər. Çünki onlar Azərbaycan dövlətinin daha güclü olmasına, vətəndaşın daha yaxşı yaşamasına, hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, normal, sabit, davamlı şəraitdə yaşamasına yönəldilib.  Bu əlavə və dəyişikliklər dövlətimizin həyatında yeni səhifə açacaq, geniş institusional islahatlara başlanılacaq və yalnız faydalı olacaq".
Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb
25.04.2019
Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info