Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Beynəlxalq Sülh günü ilə bağlı tədbir keçirilib
Tarix: 09.09.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində Nazirliyin, Ombudsman aparatının, ayrı-ayrı QHT-lərin nümayəndələrinin iştirakı ilə 21 Sentyabr-Beynəlxalq Sülh günü ilə əlaqədar “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev və başqaları çıxış ediblər. Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və əhəmiyyətindən bəhs edilərək, ölkəmizdə də bu günün hər il layiqli tərzdə qeyd olunduğu vurğulanıb. Qeyd olunub ki, Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir ki, bu aylıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur. Bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq, əhalinin hüquq düşüncəsinin inkişafına, ayrı-seçkiliyin yolverilməzliyinin, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir.
Vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə insan hüquqlarının müdafiəsi, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması yönündə əldə olunan naliyyətlər də diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bərabər, onların tibbi-sosial reabilitasiyası məqsədilə də mühüm işlər aparılır. Bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi diqqətdə saxlanılır. 2015-ci ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə cavab verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Bu sahədə Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər də ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Fondun dəstəyi ilə yaradılan Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi ən müasir tələblərə cavab verən reabilitasiya müəssisələrindən biridir. Burada sağlamlıq imkanları məhdud uşaqların səmərəli fizioterapevtik metodlar əsasında bərpa müalicəsi işləri yerinə yetirilir. Mərkəzdə qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə edilməklə, həmçinin uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında onlarla sosial mühit oriyentasiyası tədrisi aparılır.
Ümumilikdə nazirliyin əlilliyi olan şəxslər üçün ölkənin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi vardır ki, onlarda hər il 8 min nəfərdən çox şəxsə bərpa-müalicə xidməti göstərilir. Əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə də müvafiq işlər davam etdirilir. Təkcə bu ilin yanvar-avqust aylarında nazirliyin xətti ilə 9 747 nəfər əlilliyi olan şəxs, o cümlədən 1 153 nəfər Qarabağ müharibəsi əlili protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Onlara ümumilikdə 23 156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1077 ədəd əlil arabası verilib. Eləcə də keçən il və cari ilin ötən dövründə nazirlik tərəfindən ümumilikdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, yaradıcılıq imkanlarının dəstəklənməsi, sosial-məişət problemlərinin həlli, sosial xidmətlərlə təminatı və s. istiqamətlərdə də məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbir iştirakçıları Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində yaradılmış bərpa-müalicə şəraiti, uşaqların sağlamlıqlarının bərpası üçün tətbiq edilən fizioterapevtik müalicə üsulları ilə də yaxından tanış olublar.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info