Referendumun təhlükəsiz keçirilməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir
Tarix: 09.09.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendumda) polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi ilə növbəti zona seminar-müşavirəsi sentyabrın 9-da Şəki şəhərində keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə təşkilatçı qurumların rəsmiləri, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirənin keçirilməsində əsas məqsəd seçki qanunvericiliyinin, səsvermə günü polisin üzərinə düşən vəzifələrin və ictimai qaydaların qorunmasının izah edilməsi olub.
Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov məruzəsində seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddəti, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər və digər məsələlərdən bəhs edib.
Bildirilib ki, səsvermə bülletenlərinin və digər referendum sənədlərinin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, səsvermə günü isə proseslər yekunlaşdıqdan sonra müvafiq sənədlərin seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan MSK-ya gətirilməsi zamanı mühafizənin təmin edilməsində polis əməkdaşlarının üzərinə məsul vəzifələr düşür.
Daxili İşlər Nazirliyinin idarə rəisi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Qeyd olunub ki, referendumun qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bildirilib ki, referendum kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq.
MSK-nın hüquq şöbəsinin baş məsləhətçisi Rafiq Abbasov məruzəsində referendum subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilələrin yolverilməzliyi ilə bağlı məsələlərə toxunub.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info