Dünya silah ixracında Rusiya ikinci sıradadır
Tarix: 18.03.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SBSAİ) məlumatına görə, Rusiya dünya silah ixracatçıları sırasında ABŞ-dan sonra 2-ci yerdədir.
Çin isə tarixində ilk dəfə bu sahədə 5-ci sıraya yüksəlib. Açıqlanan məlumatlara görə, ABŞ 2008-2012-ci illərdə dünya silah ixracının 30%-ni gerçəkləşdirib. İkinci sırada gələn Rusiyanın bazardakı payının 26% olduğu bildirilib. 7%-lik pay ilə Almaniya üçüncü, 6%-lə Fransa dördüncü, 5%-lə Çin beşinci olub. Siyahının dəyişməz adı Böyük Britaniya isə ilk dəfə olaraq ilk beşlikdə yer tutmayıb.
İlk beşlikdə gələn ölkələrin bazardakı paylarına baxdıqda, çin və hind bazarında Rusiyanın açıq-aydın üstünlüyü görünür. Rusiya Çinin silah ixracatının 69%-ni təmin edərkən, Fransa 13%-ni, Ukrayna isə 10,5%-ni tədarük edir. Hindistanın silah alışında Rusiyanın payı 79%-lə ilk sıradadır. Məlumatlara görə, Böyük Britaniya bu sahədə hind bazarının sadəcə 6%-nə sahibdir. Vətəndaş müharibəsinin yaşandığı Suriyanın silah bazarının 71%-i rusların nəzarəti altındadır. Hesabatda, həmçinin Rusiyanın Afrikanın silah bazar payının 17%-nə, Orta Şərqin isə 9%-nə sahib olduğu vurğulanır. 2008-2012-ci illərdə Rusiyanın 343 ədəd Mİ-17 helikopteri satdığı və onların 166-nın Asiya və Sakit Okean bölgəsinə verildiyi də hesabatda qeyd olunub. Açıqlanan məlumatlarda, ABŞ-ın Asiyanın şərqindəki təbii müttəfiqi Cənubi Koreyadakı silah bazarı payının 77%-ni təmin etdiyi bildirilir. Bu ölkədə Almaniyanın 17%, Fransanın isə 5% bazar payı var.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info