“Yeni dünya nizamı üçün yaranmış şans əldən çıxdı”
Tarix: 10.09.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


İqor İvanov:
“ABŞ İraqa qoşun yeritməklə dünyada ümumi gərginliyi azaltmaq, terror təşkilatlarına qarşı birgə mübarizə üçün nəzərdə tutulmuş bütün razılaşmaların üzərindən xətt çəkmiş oldu”

“Amerika Birləşmiş Ştatlarında baş verən 2001-ci il 11 sentyabr terror hücumundan sonra təhlükəsizlik əsasında yeni dünya nizamı qurmaq imkanı yaransa da, Vaşinqtonun mövqeyinə görə bu unikal imkan həyata keçirilməmiş oldu”.
Bu fikirləri Rusiyanın sabiq xarici işlər naziri, Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri İqor İvanov “RİA Novosti” xəbər agentliyinə müsahibəsində bildirib. İvanov deyib ki, məlum 11 sentyabr hadisələrindən sonra yaranan vəziyyət yeni istiqamətdə hərəkətə başlamaq üçün böyük şanslar verirdi və həmin vaxt Rusiya həm NATO, həm də Qərblə yeni əlaqələr qurmağa hazır idi. Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında formal xarakter daşımayan kəşfiyyat əməkdaşlığının intensiv xarakter daşıdığını xatırladan İvanov sübut kimi, Corc Buşun 2002-ci ilin mayındakı Moskva səfərini göstərib: “Həmin səfər zamanı ölkə prezidentləri strateji tərəfdaşlıq kimi münasibətləri müəyyən edən bəyannamə imzaladılar. Bütün bunlar bəzi kompleks sualların yeni şəraitdə həll edilə biləcəyinə böyük ümidlər verirdi. Bundan əlavə, Rusiya prezidenti, demək olar ki, ilk qonaq idi ki, ABŞ prezidenti onu Texas ştatındakı öz şəxsi ailə bağında qəbul edirdi. Mən bunları müşahidə edərkən bu qərara gəlmişdim ki, artıq iki ölkə arasında uzun illərdən bəri davam edən “soyuq müharibə” aradan götürülür. Təbii ki, ölkələrimiz arasında ziddiyyətlər davam edəcəkdi, amma ən azı bu ziddiyyətlərin müəyyən hissəsinin qarşılıqlı anlaşma şəraitində həllinin mümkünlüyünə inam yaranmışdı. Lakin sonrakı hadisələr göstərdi ki, bu, biz düşündüyümüz qədər də sadə məsələ deyilmiş. Belə ki, tezliklə bəyannamənin şərtlərinə məhəl qoymayan ABŞ dövləti İraqın işğalı üçün bu ölkəyə qoşun yeritdi. Çox təəssüf ki, ABŞ belə bir addım atmaqla faktiki olaraq Rusiya-Amerika münasibətlərini təkmilləşdirmək, dünyada ümumi gərginliyi azaltmaq, terror təşkilatlarına qarşı birgə mübarizə üçün nəzərdə tutulmuş bütün razılaşmaların üzərindən xətt çəkmiş oldu. Bütün bunlar Birləşmiş Millətlər Təşkilatının nüfuzuna da böyük xələl gətirmiş oldu”. ABŞ-ın belə siyasətini məyusluqla qarşıladığını etiraf edən İvanov bildirib ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə açıldığı bir məqamda Vaşinqtonun Rusiyanın maraqlarını nəzərə almadan belə bir addım atması yeni əlaqələr üçün yaranmış ümidləri məhv etdi: “Məhz elə Vaşinqtonun bu qərarından sonra iki ölkənin xüsusi xidmət orqanlarında indi də davam etməkdə olan “soyuq küləklər” əsməyə başladı. Beləliklə, II Dünya müharibəsindən sonra dünya nizamı yaratmaq üçün yaranmış şans əldən çıxdı”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info