Klaypedada şəhərlərimizlə qardaşlaşma əlaqələrinin qurulması müzakirə olunub
Tarix: 14.09.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosiasiyasının icra katibi Tofiq Həsənovun rəhbərliyi ilə bir qrup bələdiyyə sədrləri - Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, Sumqayıt rayon bələdiyyəsinin sədri Sultan Əsədov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova Klaypeda şəhərində olublar.
Səfər zamanı nümayəndə heyəti Klaypeda şəhər meri ilə görüşüb, Klaypeda Dəniz Limanı ilə tanış olublar.
Klaypeda şəhər meri Vitautas Qrubliauskas ilə görüşdə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, eləcə də Klaypedanın Azərbaycanın şəhərlərindən biri ilə qardaşlıq əlaqələrinin qurulması, Klaypeda şəhərində təşkil olunan mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə V.Qrubliauskas Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib və tanışlıq məqsədilə Azərbaycana səfər etməyə razılığını bildirib.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov ilə görüşərək, soydaşlarımızın Litvanın ictimai, siyasi və mədəni həyatındakı fəaliyyətləri ilə maraqlanıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info