Yerkökünə olan tələbat daxili istehsal hesabına ödənilə bilər
Tarix: 14.09.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Bərdənin Soğanverdilər kəndi respublikamızda yerkökü istehsalı ilə tanınır. Bu kəndin əhalisinin 80 faizi yerkökü becərməklə məşğuldur. Hər il 200 hektardan çox sahədə yerkökü becərən kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.
İki ildir müasir becərmə texnologiyalarının tətbiqinə başlayan yerkökü istehsalçıları hazırda məhsul yığımını davam etdirirlər.
Soğanverdilər kənd sakini Mahir Rüstəmov deyib ki, tirəyə əkin və damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar. Müasir üsulla əkilən yerkökü sahələrini becərmək əvvəlkinə nisbətən daha çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Yerkökü toxumu köhnə üsulla sentyabr ayında əkilirdisə, yeni üsulla əkin aprel ayında aparılır. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. “Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 20-25 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 60 tondan çox yerkökü götürülür”, - deyə M.Rüstəmov bildirib.
Fermer davamlı məhsul istehsalı üçün yerkökünü növbəlilik əsasında becərdiyini deyib: “Mart ayından başlayaraq hər 20 gündən bir 5 hektarda toxum səpirik. Sahənin hamısında eyni vaxtda səpin apardıqda məhsul yığımı və satışı zamanı çətinlik yaranır. Növbəlilik əsasında becərmə bu baxımdan çox əlverişlidir. Avqust ayından başlayaraq mərhələ-mərhələ sahələrdən məhsul çıxarırıq. Məhsul yığımı bu qayda ilə may ayınadək davam edir. Hazırda yerkökünün bir kiloqramı 60-70 qəpiyə satılır”.
M.Rüstəmov bildirib ki, yerkökü istehsalının ən çətin mərhələlərindən biri olan yuyulub təmizlənməni maşınlarla həyata keçirirlər. İndiyə qədər fermerlər yerkökünü kisələrə dolduraraq suyun içində yuyurdular. Yeni avadanlıq isə bu prosesi həm sürətləndirir, həm də daha ucuz başa gətirir. Belə ki, 40 kisə yerkökü yarım saat ərzində yuyulur.
Fermerin fikrincə, yerkökü becərilməsində yeni texnologiyanın tətbiqi nəticəsində bu məhsula olan tələbatın daxili istehsal hesabına ödənilməsi mümkündür.
Qeyd edək ki, vitamin və minerallarla zəngin olan yerkökü müxtəlif xörəklərin və salatların hazırlanmasında, şirə, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info