Penitensiar müəssisələrdə 26 seçki məntəqəsi yaradılıb
Tarix: 14.09.2016 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Ədliyyə NazirliyiPenitensiar Xidmətinin tabe qurumlarında (istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri) Konstitusiyaya dəyişiklikləri ilə əlaqədar sentyabrın 26-a təyin edilmiş referenduma hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ keçirilib.
 
Seminar-məşğələdə Penitensiar Xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova, MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin rəisləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi dairələrin seçki komissiyalarının sədrləri iştirak ediblər.
 
Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov deyib ki, referendum insan hüquq və azadlıqlarının müdafiəsinə, prezidentlik institutunun gücləndirilməsinə xidmət edir: “Konstitusiyaya edilən dəyişiklik də zərurətdən irəli gəlir. Dəyişikliklər islahatların daha sürətlə həyata keçirilməsinə zəmin yaradacaq”.
 
C. Həsənov Penitensiar Xidmətin tabe qurumlarında referendumla əlaqədar Tədbirlər Planı təsdiqləndiyini bildirib: “Penitensiar Xidmətin rəisi müavininin rəhbərliyi ilə qərargah yaradılıb. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi 14 ərazi dairəsində 26 seçki məntəqəsi var. Penitesiar Xidmətin tabe qurumlarında səsvermənin şəffaf şəkildə keçirilməsi təmin olunacaq”.  
 
Arifə Muxtarova bildirib ki, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində olan şəxslərin səsvermə hüquqları var: “Bir sıra Avropa vəMDB ölkələrində məhbusların və istintaq təcridxanasında olan şəxslərin səsvermə hüququ yoxdur. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində səsvermənin təşkili ilə əlaqədar MSK ilə bərabər Penitensiar Xidmətin üzərinə də mühüm vəzifə düşür”.
 
A. Muxtarova referendumun təşkili və səsvermə proseduru ilə əlaqədar geniş məlumat verib: “MSK-da qeydiyyatdan keçmiş müşahidəçilər respublika üzrə bütün qapalı seçki məntəqələrində, dairədə qeydiyyatdan keçmiş müşahidəçilər isə həmin dairədə qapalı seçki məntəqəsi varsa, həmin seçki məntəqəsində seçki prosesini izləyə bilər. KİV nümayəndələrinin jurnalist vəsiqəsi ilə seçki prosesini izləmək imkanları var. Sadəcə, ona diqqət etmək lazımdır ki, məhbuslar onların görüntüsünü yayılmasını istəməyə bilər. Bu, onların hüquqlarıdır. Bu halda KİV nümayəndələri bu məqamı nəzərə almaqla seçki prosesini izləyə bilərlər”.
 
Şahin Əsədli MSK-nın qəbul etdiyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirildiyini deyib.
 
Seminar-məşğələ müzakirələrlə davam edib.
 Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info