ADU-nun nümayəndələri Oslo Beynəlxalq Yay Məktəbində iştirak ediblər
Tarix: 14.09.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup nümayəndəsi Oslo Beynəlxalq Yay Məktəbində iştirak edib.
ADU-dan bildiriblər ki, Avrasiya Təqaüd Proqramı çərçivəsində Norveçin Təhsildə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin dəstəyi ilə keçirilən Oslo Beynəlxalq Yay Məktəbində universitetin beynəlxalq münasibətlər kafedrasının iki müəllimi “Sülh tədqiqatı”, “Beynəlxalq siyasət. Norveç həyat tərzi və cəmiyyəti”, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan altı tələbəsi isə “Norveç dili üzrə II dil səviyyəsi” kurslarında iştirak ediblər.
ADU ilə Oslo Universiteti arasındakı əməkdaşlığın əsası 2007-ci ildə qoyulub. Həmin ildən etibarən ADU ilə Norveçin Oslo, Agder və Bergen universitetlərinin əməkdaşlığının nəticəsi olaraq 35 müəllim, bakalavr pilləsində təhsil alan 69 tələbə bu təhsil ocaqlarında təşkil edilən fərqli ixtisaslar, xüsusilə də Norveç dilinin müxtəlif səviyyələri üzrə kurslarda fəal iştirak ediblər.
Norveç səfəri ilə bağlı təəssüratlarını bölüşən Oslo Beynəlxalq Yay Məktəbinin iştirakçısı Cənanə Əhmədli deyib: “Osloda olduğum 42 gündə Norveç və ingilis dilləri üzrə bilik səviyyəmi mümkün qədər inkişaf etdirdim. ADU-da birinci kursda təhsil aldığım zaman öyrəndiklərimin Norveçdə əldə etdiyim biliklərlə tamamilə eyni olduğunu görmək məni təəccübləndirdi və eyni zamanda, məni sevindirdi. Beynəlxalq Yay Məktəbində qısa müddətdə yüzlərlə ölkənin müxtəlif nümayəndələri, onların mədəniyyətləri və ölkəmiz haqqında xoş düşüncələri ilə tanış olmaq sevindirici idi”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info