Qazaxda ilk hərbi pilotçumuzun xatirəsinə təyyarə abidəsi ucaldılıb
Tarix: 14.09.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Qazax rayonunda ilk azərbaycanlı hərbi pilot, Birinci Dünya müharibəsinin iştirakçısı Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılan təyyarə abidəsinin açılışı olub.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Fərrux ağa Qayıbovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb. Bildirib ki, F.Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Bornaya hücuma keçib, almanların mövqelərini darmadağın edərək külə döndərib. Onun təyyarəsinə hücum edən 4 alman qırıcısından üçünü partladıb. Lakin öz təyyarəsi də aldığı zərbədən yerə çırpılıb və igid pilot qəhrəmancasına həlak olub. Azərbaycanlı təyyarəçinin igidliyinə heyran qalan almanlar F.Qayıbovun nəşini onlara məxsus ərazidə göstərdiyi igidliyə layiq şəkildə, ehtiramla dəfn ediblər.
Çıxış edənlər Fərrux ağa Qayıbovun keçdiyi döyüş yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqlardan ağız dolusu danışıblar.
Sonda rayonun Yuxarı Salahlı kənd tam orta məktəbinin şagirdləri kompozisiya təqdim edib, hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info