“Asan İmza” Rusiyada təqdim ediləcək
Tarix: 14.09.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Asan İmza” Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində bu ölkənin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq açar infrastrukturu (PKI) və elektron imza mövzularına həsr edilmiş XIV Beynəlxalq PKI Forumunda təqdim ediləcək.
“B.EST Solutions” şirkətindən bildirilib ki, sentyabrın 14-dən 16-dək keçiriləcək builki forumun əsas işçi mövzuları açıq açar infrastrukturuna etimad, PKI infrastrukturunda perspektivli texnologiyaların tətbiqi, PKI və elektron imza sahəsində standartlaşdırma, sertifikasiya mərkəzlərinin fəaliyyəti, elektron imza texnologiyalarının qarşılıqlı əlaqəsi və s. ibarətdir. Ümumilikdə tədbirdə Belarus, Qazaxıstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən artıq nümayəndə iştirak edir.
Forumda ilk dəfə olaraq mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe açıq açar infrastrukturu əsasında fəaliyyət göstərən “Asan İmza” texnologiyası haqda ətraflı məlumat verəcək, Azərbaycanda “Asan İmza” texnologiyasının elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi barədə danışacaq.
“Asan İmza” texnologiyası bütün dövlət və özəl elektron xidmətlərə məhdudiyyətsiz giriş imkanı təmin edir və qanunvericilik baxımından elektron mühitdə ümummilli vətəndaş pasportu ilə bərabər hüquqlar təqdim edir. Elektron xidmət təminatçıları üçün tətbiqinin asanlığı və əhali üçün kütləvi istifadə baxımından əlçatan olması kimi üstünlüklərə görə “Asan İmza” texnologiyası hazırda Azərbaycanda vətəndaşlar və sahibkarlar arasında artan populyarlığa malikdir və mobil hökumətin başlıca komponentini təşkil edir.
Tədbirdə iştirakçılara Azərbaycan Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elektron Hökumət və “Asan Ödəniş” portallarının, eləcə də maliyyə sektorunun “Asan İmza” ilə mümkün olan innovativ elektron xidmətləri təqdim ediləcək.
Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.
“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info