Rusiya-Türkiyə birgə investisiya fondu yaradılır
Tarix: 14.09.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə ümumi aktivləri 1 milyard ABŞ dolları olacaq birgə investisiya fondu yaradır. Rusiya-Türkiyə birgə investisiya fondu 2017-ci ildə işə başlaya bilər. Yeni fond kənd təsərrüfatı, səhiyyə, turizm, infrastruktur da daxil olmaqla aparıcı sahələrdə birgə layihələrin kreditləşməsi ilə məşğul olacaq.
 “İnvestia.ru” xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev məlumat verib.
Ekspertlərin fikrincə, investisiya fondu ölkələr arasında biznes-əlaqələri möhkəmləndirəcək.
"Hazırda Türkiyədə suveren fondun yaradılması başa çatmaq üzrədir. Həm Türkiyədəki fondun, həm də birgə fondun təşkil edilməsində RBİF-in təcrübəsindən istifadə olunur", - deyə Kiril Dmitriyev diqqətə çatdırıb.
RBİF rəhbəri vurğulayıb ki, yeni fondun yaradılması Rusiya-Türkiyə investisiya layihələrini sistemli şəkildə maliyyələşdirməyə imkan verəcək. Hazırda Rusiya-Türkiyə birgə investisiya fondu çərçivəsində ümumi dəyəri 300 milyon dollar olan layihələrə maliyyə dəstəyi verilməsi imkanları nəzərdən keçirilir. RBİF 20 ölkə ilə tərəfdaşdır və bu cür tərəfdaşlığın hər birinin dəyəri bir neçə yüz milyon dollardan bir neçə milyard dollaradək dəyişir. Buna görə də birgə fondun yaradılmasını optimal hesab edirik.
O, bildirib ki, hazırda RBİF Türkiyədəki tərəfdaşları ilə fəal əməkdaşlıq edir. RBİF Rusiyada layihələrin reallaşdırılması üçün Türkiyənin "Rönesans Holding" şirkəti ilə saziş imzalayıb
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info