Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində göstərilən xidmətlər səfirdə böyük maraq doğurub
Tarix: 14.09.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla tanışlıq görüşü olub.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə nazir Səlim Müslümov Azərbaycanda sosial rifah halının yüksəldilməsini, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluğun kəskin şəkildə azalmasını ifadə edən göstəriciləri açıqlayıb, əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb.
 
Nazir ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, fəaliyyət sahələrində şəffaflıq prinsipinin və səmərəli iş üsullarının tətbiqi məqsədilə müvafiq işlərin aparıldığını bildirib. Nazirliyin fəaliyyətində aidiyyəti xidmətlər sistemində məmur-vətəndaş təmaslarının minimallaşdırılması və şəffaflığın artırılması üçün elektron texnologiyalardan istifadənin genişləndirildiyini önə çəkən nazir ümumilikdə hazırda nazirliyin əhali üçün aktual olan bütün iş sahələrində 29 elektron xidmətin vətəndaşların istifadəsində olduğunu diqqətə çatdırıb. Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 4 061 039 dəfə istifadə olunub.
 
İki ölkə arasında əmək və sosial müdafiə sahəsindəki mövcud əlaqələrə toxunan nazir Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi və digər qurumları ilə zəngin əməkdaşlıq təcrübəsi olduğunu vurğulayıb. Əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya, əməyin mühafizəsi ilə bağlı ölkədə cari vəziyyətin təhlili, ehtiyacların öyrənilməsi və əmək müfəttişləri üçün xüsusi təlim proqramlarının hazırlanması, sosial xidmətin təşkili, sosial xidmət sahəsində, məşğulluq orqanları nəzdində peşə fəaliyyəti və ixtisasartırma, işsizliyə görə məcburi sığortalanma məsələləri və digər sahələrdə Almaniya ilə əməkdaşlığın səmərəli olduğu vurğulanıb.
 
M.Kindsqrab ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində göstərilən xidmətlərin onda böyük maraq doğurduğunu qeyd edən səfir ölkəsi ilə Azərbaycan arasında əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səy göstərəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info