Elmira Axundovanın İslam Kərimov haqqında rus dilində məqaləsi çıxıb
Tarix: 14.09.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Özbəkistanın kun.uz portalı Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın mərhum Prezident İslam Kərimov haqqında rus dilində məqaləsini yayıb.
Məqalənin əvvəlində bildirilir ki, hələ keçmiş SSRİ dövründən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Kərimovla isti münasibətləri olub, onlar dostluq ediblər və bu, uzun illər davam edib. Qeyd edilir ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən İslam Kərimov Özbəkistanın maliyyə naziri, sonra isə Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışıb və müxtəlif iclaslarda tez-tez görüşüblər. Məhz bu iki liderin səyi nəticəsində ölkələrimiz arasında diplomatik əlaqələr yaranıb və bu əlaqələr inkişaf edir.
Məqalədə xüsusi vurğulanır ki, İslam Kərimov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bildirmişdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirdi.
Müəllif məqalədə, həmçinin müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərində jurnalist kimi iştirak etməsi və İslam Kərimovla görüşlərindən bəhs edir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info