German Zaxaryayev: “Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun nümunəsidir”
Tarix: 14.09.2016 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin başçılıq etdiyi nümayəndə heyəti Quba rayonundakı Qırmızı Qəsəbədə olub. Nümayəndə heyətinə ÜYK baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Stern daxil idi.
Qırmızı Qəsəbəyə səfər zamanı nümayəndə heyətini Milli Məclisin deputatı Yevda Abramov, Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Respublikası Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfərin əvvəlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub.
Əslən Qırmızı Qəsəbədən olan Qod Nisanov və German Zaxaryayev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinə Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlığa əsaslanan qarşılıqlı münasibətlər, respublika rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına hörmətli və səmimi münasibəti barədə məlumat veriblər.
Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev deyib: “Qırmızı Qəsəbə bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə xüsusi məkan, sözün həqiqi mənasında Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix bağlayır. Danılmaz tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz, əslən Azərbaycandan olanlar, bu fakta görə fəxr edirik. Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun nümunəsidir”.
Sonra Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti Qırmızı Qəsəbədəki sinaqoqa gedib, orada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
ÜYK prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında tarixi əlaqələrə və Azərbaycanda yəhudilər üçün yaradılmış şəraitə görə minnətdarlığını və bundan ruh yüksəkliyi duyduğunu bildirib. Lauder deyib: “Azərbaycanda yaşayan yəhudi icmasına səmimi münasibəti çox yüksək qiymətləndirirəm. Azərbaycan həqiqətən bütün dünya birliyi üçün tolerantlıq nümunəsidir”.
Sonra Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyəti 1918-ci ildə Azərbaycan torpağında erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımının qurbanları olmuş on minlərlə azərbaycanlının, üç min yəhudinin, min ləzginin və digər xalqların nümayəndələrinin xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksində olub. Burada nümayəndə heyətinə ətraflı məlumat verilib, bildirilib ki, bu qırğın Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olub.
Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin üzvləri Quba Soyqırımı Memorial Kompleksində eşitdiklərindən və gördüklərindən sarsıldıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info