“Sərkisyan əraziləri qaytarmaq məcburiyyətindədir”
Tarix: 15.09.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Son danışıqlarda ərazilərin “aralıq status” müqabilində qaytarılması önə keçib. Belə görünür ki, Ermənistanın başqa alternativ yolu yoxdur”

Bir müddət bundan əvvəl, ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti Dağlıq Qarabağdakı rejimi separatçı rejim kimi dəyərləndirmişdi. Məqalədə atəşkəsin elan olunduğu 1994-cü ildən bəri keçən müddət ərzində atəşkəsin Ermənistan tərəfindən pozulduğu və bunun hər iki tərəfdən çoxsaylı itkilərə səbəb olduğu qeyd edilmişdi.
Təbii ki, bu, belə davam edə bilməzdi. Bu ilin aprel ayında növbəti erməni təxribatına cavab verən Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat ermənilərin “məğlubedilməz ordu” imicini darmadağın etdi.
Doğrudur, bütün müharibələr sonda sülhlə sonunclanır. Lakin biz düşmənimizin nə qədər məkrli və hiyləgər olduğunu heç vaxt unutmamalıyıq. Hələ uzun illər bundan əvvəl rus canişini A.S.Qriboyedov öz imperatoruna yazdığı məktubda “mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”- yazırdı. Ermənistanın “Birinci informasiya” saytına açıqlama verən “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan işğal altında olan Azərbaycan torpaqlarının qaytarılmasına münasibətini öz erməni xislətini gizlətmədən bildirib. Onun sözlərinə görə, bu prinsip 1994-cü ildə - ərazilərin qaytarılması Bişkek müqaviləsindən sonra irəli sürülmüşdü: “Həmin ərəfədə status qarşılığında ərazilərin qaytarılması və sonra sülh müzakirəyə çıxarılırdısa, son danışıqlarda ərazilərin “aralıq status” müqabilində qaytarılması önə keçib. Təbii ki, bu, biz emənilər üçün yenilik deyil. Bundan əvvəl Madrid prinsiplərində də belə bir ideya irəli sürülmüşdü. Lakin unutmaq lazım deyil ki, belə sülh tədbirləri sülhə yox, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçim “pis” və “daha çox pis” arasındadır. Bunu ölkənin hazırkı vəziyyəti də sübut edir. Ermənistan rəzil gündədir. Ölkədə yoxsulluq, səfalət baş alıb gedir. Belə bir vəziyyətdə Ermənistanın güzəştə getməsi ölkədə vəziyyətin daha da pisləşməsinə geniş imkanlar açacaq. Qarabağda yaşayan erməni əhalisi isə atəş altında qalacaq. Belə görünür ki, Ermənistanın başqa alternativ yolu da yoxdur: Sərkisyan işğal olunmuş əraziləri qaytarmaq məcburiyyətindədir. 2008-ci ildə hakimiyyətə gələn Sərkisyan onu gələcəkdə nələrin gözlədiyini çox yaxşı bilirdi”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info