Hakim Taleh Bağırova xəbərdarlıq etdi: “Şahidləri təhqir etməyin”
Tarix: 15.09.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Kənan Heybətov ifadə verib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda Taleh Bağırovun olduğu evdə əməliyyat keçirilməsinə qərar verilib. Əməliyyat zamanı atışma baş verib. Nəticədə iki polis əməkdaşı ölüb. Əməliyyat zamanı K. Heybətov Bəhruz Əsgərovu zərərsizləşdirdiyini qeyd edib. Bildirib ki, B. Əsgərovun əlində qumbara və beşbarmaq olub. Zərərçəkmiş şəxs qismində tanınmış K. Heybətov iş üzrə istintaqa verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə «Müsəlman Birliyi Hərəkatı»nın sədri olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yaşayan Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması barədə daxil olmuş məlumatların yoxlanılması ilə əlaqədar axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilib. Onlar Nardaran qəsəbəsi ərazisinə gedərək Bünyətov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evinin yaxınlığında əməliyyat mövqeyi seçiblər. Saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olub, bu zaman evdə və həyətdə olan şəxslər onların həyətə daxil olmağından xəbər tutaraq polislərə atəş açmağa başlayıblar. Polislər onlara atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq edib, lakin həmin şəxslər tabesizlik göstərərək əl qumbarasını əməliyyat qrupu tərəfə atıb, eyni zamanda avtomat və tapançalardan polisləri atəşə tutublar. Taleh Bağırov və onun tərəfdaşları polislərə qarşı odlu silahdan istifadə edildiyi üçün əməliyyat qrupunun üzvləri tərəfindən cinayətkar qrupa qarşı xidməti silahlardan atəş açılıb. Hadisə zamanı K.Heybətov Əsgərov Bəhruz Rahib oğlunu zərərsizləşdirib. Onun bir əlində “beşbarmaq”, digər əlində isə qumbara olub. B. Əsgərovun sol baldır nahiyəsində olan xəsarət polislərə qumbara vasitəsilə müqavimət göstərərkən silahla zərərsizləşdirilməsi nəticəsində yaranıb. Əməliyyat zamanı heç bir xəsarət almayıb. Daha sonra prokurorun suallarını cavablandıran K. Heybətov deyib ki, Bəhruzu zərərsizləşdirən zaman onun bədənində güllə yarası olduğunu görüb. Şahid Bəhruz Əsgərova güllə atdığını, lakin ona dəyib-dəyməməsini bilmədiyini söyləyib. Prokuror ondan hansı geyimdə olduqlarını soruşub. K. Heybətov bütün əməkdaşların xüsusi geyimdə olduqlarını deyib. Daha sonra vəkillərin suallarını cavablandıran şahid əməliyyatda başqa strukturun əməkdaşlarının iştirak etmədyini deyib. B. Əsgərov isə onu K. Heybətovun saxlamadığını, onu ilk dəfə BMCMİ-də gördüyünü deyib. B. Əsgərov hadisə zamanı güllə yarası aldığını və xəstəxanaya kənd camaatı tərəfindən aparıldığını da söyləyib. Vəkil Yalçın İmanov bildirib ki, B. Əsgərova güllə arxa tərəfdən dəyib, lakin K. Heybətov onunla qarşı-qarşıya durub və atəş qarşı tərəfdən açılıb. Vəkil bunun necə baş verməsini soruşub. Şahid hadisə vaxtı digər polis əməkdaşlarının da atəş açdığını, digər polislərin açdığı atəşin ona dəydiyini ehtimal etdiyini deyib. Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra çıxış edən Taleh Bağırov polis əməkdaşlarını yalan ifadə verməkdə ittiham edib. Hakim Əlövsət Abbasov isə təqsirləndirilən şəxslərə bildirib ki, bütün şahidlər ifadə verməlidirlər: “Burada gəlib ifadə verən şahidlərin sözləri xoşunuza gəlmir. Lakin mən tövsiyə edirəm ki, təhqiredici ifadələrdən çəkinəsiniz. Məhkəməni şouya çevirmək lazım deyil. Şahidlər ittiham tərəfinin adamlarıdır və onların ifadələrinin sizin xoşunuza gəlməyəcəyini biz də bilirik. Bəri başdan hər şeyə qiymət verirsiniz. Əgər belədirsə, gəlin prosesi saxlayaq, onların ifadələrin elan edək, qurtarsın. Məhkəmənin qaydası belədir ki, hamı ifadə verməlidir. Biz heç kimə güldən artıq söz demirik, nə sizə, nə qarşı tərəfə..." Daha sonra iclasda BMCMİ-nin əməkdaşı Nadir Novruzov ifadə verib. O da oxşar ifadə verərək bildirib ki, əməliyyat zamanı Abbas Quliyevi zərərsizləşdirib və onun üzərindən bıçaq, qumbara aşkar edilib. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Novruzov Nadir Padarxan oğlu ibtidai istintaqa ifadəsində göstərib ki, 26 noyabr 2015-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumat əsasında əməliyyat keçirilib. Atışma zamanı o, bıçaqla ona hücum edən bir nəfəri zərərsizləşdirib. Həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Quliyev Abbas Əbdülrəhman oğlu olması məlum olub. Baxış keçirilərkən Abbas Quliyevin şalvarının sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, şalvarın sol cibindən isə Taleh Bağırovun müraciət kitabçası aşkar edilərək götürülüb. Onu tərk-silah etdiyi zaman götürdüyü bir ədəd bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənib. Əməliyyat zamanı heç bir xəsarət almayıb. Prokuror ondan atışmanın niyə başladığını soruşub. Şahid bildirib ki, polislərin xəbərdarlığına məhəl qoymayan qarşı tərəf atəş açdığı üçün atışma başlayıb. Vəkillərin suallarına cavab olaraq şahid bildirib ki, təqsirləndirilən şəxslərə qarşı fiziki təzyiq, işgəncə baş verməyib və belə bir hadisənin şahidi olmayıb. Təqsirləndirilən A. Quliyev isə onu saxlayan şəxsin üzünü görməsə də, hündürboylu olduğunu deyib. Başına isə maşında avtomatla vurduqlarını bildirib. Proses sentyabrın 21-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info