Yasamalda güzəştli şərtlərlə 2 minə yaxın mənzil tikiləcək
Tarix: 15.09.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Dövlət başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir.
İlkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək. Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən bu ərazi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır. Artıq çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması başa çatdırılıb. Tikintinin layihə-smeta sənədləri üzərində iş gedir. Bununla yanaşı, ötən qısa müddət ərzində ərazidə geoloji və mühəndis axtarış işlərinin aparılmasına başlanılıb. Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər də alınıb. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. Bu ərazi həm də paytaxtın əsas iş yeri mərkəzlərinə yaxındır. İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək.





 
Bölməyə aid digər xəbərlər
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info