Nyu-York prokurorluğu Trampın xeyriyyə fondunu yoxlayır
Tarix: 15.09.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Nyu-Yorkun baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, qurum xeyriyyə sahəsində qanuna əməl olunması ilə əlaqədar “Donald J.Trump Foundation” fondunda yoxlamalar aparır.
TASS informasiya agentliyi xəbər verir ki, təhqiqat son zamanlar aşkara çıxan bəzi şübhəli əməliyyatlar səbəbindən başlayıb. ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Trampın xeyriyyə fondunun fəaliyyəti son aylar KİV-lərin diqqətini çəkib. Jurnalist təhqiqatı aparan “Washington Post” qəzeti milyarderin 2008-ci ildən yaratdığı fonda bir sent belə köçürmədiyini aşkarlayıb. Bundan başqa, nəşrin iddiasına görə, Tramp xeyriyyəçilik üçün yığılan vəsaiti öz məqsədlərinə xərcləyib. Biznesmeni, həmçinin 2013-cü ildə “Tramp universiteti” adlı təşkilatın əleyhinə araşdırma aparmaq istəyən Florida ştatının prokuroru Pem Bondinin hesabına qanunsuz pul köçürməkdə də ittiham edirlər. “Forbes” jurnalının məlumatına əsasən, tikinti imperiyasının başçısı olan Donald Trampın varidatı 4,5 milyard dollar həcmində qiymətləndirilir. Biznesmenin özü isə 10 milyard dollardan çox kapitala malik olduğunu iddia edir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info