UEFA-ya yeni prezident seçilib
Tarix: 15.09.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Mənim üçün çox emosional andır. Çünki UEFA-nın Konqresində sonuncu dəfə çıxış edirəm”. Bu sözləri UEFA-nın sabiq prezidenti Mişel Platini deyib. Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçirilir. UEFA prezidenti vəzifəsinə seçkinin keçirildiyi tədbirdə Platini da iştirak edir.
Tədbirdə çıxış edən Platini vicdanının təmiz olduğunu bildirib: “Bu postda keçirdiyim 9 ilə görə sizə təşəkkür edirəm. Düşünürəm ki, bu müddətdə yaxşı iş gördük. Vicdanım təmizdir”. Qeyd edək ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun da iştirak etdiyi tədbirdə UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparıb. Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib. Futbol funksioneri 55 mümkün səsdən 45-ni toplayıb. A.Çeferin qitə futbol qurumunun prezidenti postu uğrunda səsvermədə Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb. Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə yeddinci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info