Atletimiz Rioda üçüncü medalını qazanıb
Tarix: 15.09.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu komandamızın aktivinə üçüncü medalı əlavə edib. Bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayan idmançımız mübarizədə ikinci olaraq yenə gümüş medala sahib olub.
Y. Çebanu 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub. O, bu göstərici ilə özünün şəxsi rekordunu da yeniləyib. Xatırladaq ki, atletimiz bunadək Rio Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb. Üzgüçümüz Dmitri Saleh də üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizin hesabına gümüş medal qazandırıb. Finalda mübarizə aparan üzgüçümüz məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub. Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü iki qrupda mübarizə aparıb. İkinci qrupda çıxış edən D.Saleh məsafəni 1:08.68 saniyəyə üzərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan Dmitri yarımfinalda ikinci ən yaxşı nəticəyə imza atıb. Atletimiz bundan əvvəl Rio paralimpiadasinda 200 metrə kompleks üzmədə dördüncü, 100 metrə batterflay növündə isə beşinci pillədə qərarlaşıb. Bununla da Paralimpiya yığmamızın Rioda qazandığı ümumi medalların sayı səkkizə çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info