DSX rəisi Zaqatalada vətəndaşları qəbul edib
Tarix: 15.09.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik göstərirlər. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev sentyabrın 15-də Zaqatala Sərhəd Dəstəsində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən, DSX-də işə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info