Xaçmazlıların şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün səyyar xidmət göstərilir 
Tarix: 15.09.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsindən öncə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrində səyyar xidmət göstərir.
Növbəti səyyar xidmət Nabran inzibati ərazi dairəsinə daxil olan 8 kəndin sakinləri üçün təşkil olunub. Yaşayış məntəqələrində yaşı 18-ə çatan, seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması, eləcə də etibarlılıq müddəti bitən vəsiqələrin yeniləri ilə dəyişdirilməsi üçün müvafiq sənədlər qəbul edilib.
Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşı Zeynal Kərimli bildirib ki, keçirilən səyyar xidmət zamanı Nabran inzibati ərazi dairəsi üzrə 62 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün müraciət edib. Həmin sakinlər qısa müddətdə şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar.
Qarşıdakı günlərdə rayonun Yalama, Ləcət, Hacıəlibəy və Hülövlü inzibati ərazi dairələri üzrə də səyyar xidmət göstəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info