Rektor:“Keyfiyyətli təhsil almaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir”
Tarix: 15.09.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bütün fakültələrində birinci kursa qəbul olunmuş tələbələrlə tanışlıq görüşü keçirilib.
ADPU-dan bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov filologiya fakültəsinin tələbələri ilə keçirilən görüşdə iştirak edərək onları bir daha universitetə qəbul olunmaları və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, ali təhsil müəssisələrində birinci kursa qəbul olunmuş tələbələrlə tanışlıq görüşünün keçirilməsi dünya təcrübəsində mövcuddur. Məqsəd tələbələrə istiqamət vermək, onlarda təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaqdır.
C.Cəfərov qeyd edib ki, hazırda ADPU-da təxminən 20 minədək tələbə təhsil alır. Universitetin fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə keyfiyyətli təhsil almaq üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, digər fakültələrdə keçirilən tanışlıq görüşlərində ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev iştirak edib. Tədbirlərdə ADPU-nun tarixi, keçdiyi böyük inkişaf yolu, şöhrətli məzunları, ölkəmizin ali təhsil sistemindəki yeri və mövqeyi, tədris və imtahan prosesi, hazırda bu universitetdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Sonra universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info