Səfir: “Növbəti tədris ilində Fransız-Azərbaycan Universitetində tədris yeni binada təşkil ediləcək”
Tarix: 15.09.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Növbəti tədris ilində Fransız –Azərbaycan Universitetində (UFAZ) tədris əsaslı təmir olunmuş yeni binada təşkil ediləcək. Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Fransız-Azərbaycan Universitetinin açılışında bildirib ki, UFAZ-da Fransadan gələn müəllimlər də öz biliklərini bölüşəcəklər. Onun sözlərinə görə, yeni universitetinin açılışı Azərbaycanda iqtisadi inkişafa və xarici investisiyanın cəlb olunmasına töhfə verəcək: “UFAZ layihəsi təhsil sahəsində yüksək əməkdaşlığın və Fransa-Azərbaycan münasibətlərinin səviyyəsini göstərir. Bu universitetin yaradılması ilə hər iki ölkə gözəl bir layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib”.
Təhsil naziri Mikayıl Cabbarov isə qeyd edib ki, UFAZ layihəsinin həyata keçirilməsi üçün hər iki yüksək brendə və təhsilə malik olan universitetləri seçilib. Onun sözlərinə görə, UFAZ-ın yaradılması iki ölkənin ali təhsil sisteminin uğurlu layihəsidir: “Bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən məktəblərindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik”.
Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof isə vurğulayıb ki, UFAZ-ın məzunları gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar.  Bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlərin aparıldığını deyən M.Brünhof qeyd edib ki, bu ali məktəbin məzunları hər iki ölkənin gələcək inkişafına öz töhfələrini verəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info