Mingəçevirdə 3 məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 15.09.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


2016-2017-ci dərs ilinin başlanması münasibətilə Mingəçevir şəhərinin bütün təhsil ocaqlarında mərasimlər təşkil olunub, müəllim və şagirdlərə uğurlar arzulanıb.
Mingəçevir şəhərinin 1, 7 və 9 saylı tam orta məktəblərinin müəllim və şagirdləri “Bilik günü”nü xüsusi təntənə və ikiqat sevinc hissi ilə qeyd ediblər. Uzun illərdən sonra hər üç tədris ocağının binası dövlət vəsaiti hesabına müasir tələblər səviyyəsində əsaslı şəkildə yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz edilib. 1100 şagird yerlik 1 saylı tam orta məktəbin 25 sinif otağında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana və emalatxanada, kompyuter mərkəzində, tibb və hərbi otaqlarda, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. İstilik sistemi, ehtiyat su hovuzları və transformator yarımstansiyası ilə təchiz edilən təhsil müəssisəsinin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları da yaradılıb.
Yenidənqurma işləri çərçivəsində analoji işlər 7 və 9 saylı tam orta məktəblərdə də həyata keçirilib. Bununla da Mingəçevirdə daha 2856 şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirlərdə Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğıdan minnətdarlıqla danışılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri məktəblərin açılış mərasimlərində iştirak edərək yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Qeyd edilib ki, məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nailiyyətlərin əldə olunmasına şərait yaradacaq.
Məktəb həyatına yeni qədəm qoyan birincilərin bayram təbrikindən sonra xüsusi istedada malik məktəblilər bacarıqlarını nümayiş etdiriblər.
Şəhər ictimaiyyətinin nümayəndələri məktəblərdə yaradılan şəraitlə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info